Contact Us : 012- 437-16-63

Haqqımızda

EuroTrans şirkəti fiziki şəxslərə, beynəlxalq və yerli şirkətlərə avtomobil icarəsi xidməti göstərilməsi məqsədilə yaradılmışdır.

Biz beynəlxalq standartlar üzrə fəaliyyət göstərir, grant layihələrində iştirak edirik.

Şirkət Azərbaycan Respublikasıın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “EUROTRANS” hər bir müştərinin özünəməxsus tələblərinin ödənilməsi üçün xidmətlərin göstərilməsi üzrə kompleks planlar tərtib edir.

Biz buna müştərilərimizin daxili və xarici tələbatından asılı olaraq onların konkret məqsədlərinin öyrənilməsi yolu ilə nail olur və beləliklə də,

yüksək keyfiyyətli xidmətləri avtomobillərin icarəsi sahəsində fəaliyyətdə olan istənilən digər şirkətdən daha ardıcıl təmin edirik.

İdarəetmə 

“EUROTRANS” bölgənin qabaqcıl şirkətlərindən biridir.

Buna uzlaşmış surətdə fəaliyyət göstərən yüksək peşəkarlığa malik kadrlar və avtoparkın mövcudluğu şərait yaradır. Biz avtomobillərin icarəsi sahəsində Sizə hər zaman ən yaxşı həll yolunu təklif etməyə hazırıq.

Bizim peşəkarlar komandası hər bir əməliyyat və sözləşməni ardıcıl surətdə izləyir və həyata keçirir.

Biz bu sahədə fəaliyyət göstərən ən etibarlı şirkət adını qazanmağa çalışırıq, belə ki,

bizim çox hörmətli müştərilərimizin tələblərini ödəməyə yanaşma tərzimiz ilhamlı və sədaqətli əmək,

eləcə də əməkdaşların yüksək səviyyəli əlaqədarlılığını nəzərdə tutur. Biz müştəri və tərəfdaşlarımızın ən etibarlı məsləhətçiləri olmağa çalışırıq.

 

Bizim məqsəd və vəzifələrimiz

 

“EUROTRANS”-in vəzifəsi keyfiyyətə tam nəzarəti həyata keçirərək müştərilərimizin ümidlərini doğrultmaqdır.

Bizim məqsədimiz müştərilərimizin öz məqsəd və vəzifələrinə çatmağına yönəlmişdir.